Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-19 yığması Özbəkistana qalib gəlib
Azərbaycanın U-19 yığması Özbəkistana qalib gəlibBu gün, 17:06 |
![]() Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. BrendSport.az xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89-cu dəqiqə) və Mədinə Curuqova (30-cu dəqiqə) vurublar. Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək. Geri qayıt |