Əsas Səhifə > Milli komandalar > Onur Quluzadə Tunisə yollanıb

Onur Quluzadə Tunisə yollanıb


Bu gün, 15:43


Stolüstü tennisçi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.

BrendSport.az
xəbər verir ki,seçmə komandanın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yola düşüb. Quluzadə, fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək "WTT Youth Contender Tunis 2026", fevralın 6-dan 8-dək isə "WTT Youth Star Contender Tunis 2026" yarışlarında bacarığını göstərəcək.

Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.
Geri qayıt