Əsas Səhifə > Milli komandalar > Azərbaycanın güləş millisi nüfuzlu yarışlara Göygöldə hazırlaşır

Azərbaycanın güləş millisi nüfuzlu yarışlara Göygöldə hazırlaşır


Bu gün, 17:17


Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.

BrendSport.az
xəbər verir ki, bu gün startı verilən hazırlıq prosesi fevralın 8-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cazini və Sabah Şəriətinin rəhbərliyi altında 37 güləşçi iştirak edir.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer aldığı təlim-məşq prosesi qarşıdakı nüfuzlu yarışlara, o cümlədən fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək reytinq turnirinə hazırlıq xarakteri daşıyır.
Geri qayıt