Əsas Səhifə > Milli komandalar > Azərbaycan xizəkçisi Andorradakı beynəlxalq yarışda uğurlu çıxış edib

Azərbaycan xizəkçisi Andorradakı beynəlxalq yarışda uğurlu çıxış edib


Bu gün, 10:47


Azərbaycan təmsilçisi Şanel Akselsson Andorrada təşkil olunan “Trofeu Borrufa” adlı beynəlxalq xizək turnirində uğurlu çıxış edərək aktivinə xallar əlavə edib.

BrendSport.az
xəbər verir ki, U-14 kateqoriyasında ilk dəfə çıxış edən idmançı dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən yarışında 17 ölkəni təmsil edən 55 idmançı arasında 5-ci yerə sahib olub.

Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yer tutan yarışlardan biri hesab olunur.
Geri qayıt