Əsas Səhifə > Milli komandalar > Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək


Bu gün, 15:06


Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, milli komandanın üzvü yanvarın 17-dən 27-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Geri qayıt