Əsas Səhifə > Milli komandalar > Avropa çempionatında Azərbaycanı iki güllə atıcısı təmsil edəcək

Avropa çempionatında Azərbaycanı iki güllə atıcısı təmsil edəcək


Dünən, 16:17


Azərbaycanın iki güllə atıcısı Bolqarıstanın Burqas şəhərində gənclər arasında keçiriləcək Avropa çempionatında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, turnirdə ölkəmizi Leyli Əliyeva və İmran Qarayev təmsil edəcəklər.

Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma proqramında qüvvələrini sınayacaqlar.

L.Əliyeva və İ.Qarayev fərdi çıxışla yanaşı, qarışıq komanda yarışında da mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı fevralın 9-15-də təşkil olunacaq.
Geri qayıt