Əsas Səhifə > Milli komandalar > Aleksandr Tarakanov Azərbaycanın güləş millisindən ayrılıb
Aleksandr Tarakanov Azərbaycanın güləş millisindən ayrılıb5-01-2026, 20:17 |
![]() Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb. BrendSport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası rusiyalı mütəxəssisə ölkə güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, "Tokio-2020" və "Paris-2024" Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb. Geri qayıt |