Əsas Səhifə > Milli komandalar > Azərbaycan klubu Venesuela millisinin voleybolçusunu transfer edib

Azərbaycan klubu Venesuela millisinin voleybolçusunu transfer edib


5-01-2026, 17:34


Kişilər voleybolçulardan ibarət “Xilasedici” komandası heyətinə yeni oyunçu cəlb edib.

BrendSport.az
xəbər verir ki, Venesuela millisinin üzvü Joze Karrasko transfer olunub.

Voleybolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, daha əvvəl Portuqaliyanın “Sportinq”, Serbiyanın “Srvena Zvezda” klublarının formasını geyinib.

Ötən mövsümün bürünc mükafatçısı olan “Xilasedici” bu il Azərbaycanı Çelenc Kubokunda təmsil edir.
Geri qayıt