Əsas Səhifə > Milli komandalar > Afrika Millətlər Kuboku: Favoritlər turnirə qələbə ilə başlayıblar

Afrika Millətlər Kuboku: Favoritlər turnirə qələbə ilə başlayıblar


Bu gün, 09:00


Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda daha 4 oyun keçirilib.

BrendSport.az
xəbər verir ki, E qrupunda Əlcəzair millisi 3:0, Burkino Faso yığması Ekvatorial Qvineyaya 2:1 hesabı ilə qalib gəlib.

F qrupunda da favoritlər turnirə 3 xalla start veriblər. Kot d`İvuar seçməsi Mozambiki, Kamerun isə Qabonu bir cavabsız qolla məğlub edib.

Qeyd edək ki, Afrika Millətlər Kubokuna gələn il yanvarın 18-də yekun vurulacaq.
Geri qayıt