Əsas Səhifə > Milli komandalar > Dünya çempionatı: Azərbaycanın 3 boksçusu yarımfinala vəsiqə qazanıb
Dünya çempionatı: Azərbaycanın 3 boksçusu yarımfinala vəsiqə qazanıb11-12-2025, 11:31 |
![]() Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı raundu qələbə ilə başa vurub. Sübhan Mamedov (48 kiloqram) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub. Avropa çempionumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək. Alfonso Dominqes (92 kiloqram) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionumuz Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Məhəmməd Abdullayev (+92 kiloqram) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək. Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı təmin edib. Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq. Geri qayıt |