Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib


10-12-2025, 12:56


Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümü üzrə I seçmə mərhələsinin püşkü atılıb.

BrendSport.az
xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan milli U-19 Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

I seçmə mərhələnin oyunları 2026-cı il martın 23-dən 31-də keçiriləcək.
Geri qayıt