Əsas Səhifə > Milli komandalar > Azərbaycanın 8 boksçusu dünya çempionatının 1/4 finalında döyüşəcək
Azərbaycanın 8 boksçusu dünya çempionatının 1/4 finalında döyüşəcəkBu gün, 11:11 |
![]() Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/8 final mərhələsinin döyüşlərinə yekun vurulub. BrendSport.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb. Maqsud Xasmetov (63,5 kiloqram) Ruslan Qafurovdan (Tacikistan) güclü olub. O, rəqibini 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Xasmetov 1/4 finalda Omar Livaza (Qırğızıstan) ilə döyüşəcək. Sərxan Əliyev (71 kiloqram) də növbəti qələbəsini qazanıb. Dünya çempionatının mükafatçısı bu dəfə Arturs Vaisə (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ablayxan Jussupovu (Qazaxıstan) sınağa çəkəcək. Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 boksçumuz 1/4 finalda iştirakını rəsmiləşdirib. Geri qayıt |