Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bəlli olubBu gün, 10:35 |
![]() Almaniyanın Keinbaum şəhərində keçiriləcək boks üzrə U-17 Avropa çempionatının püşkü atılıb. BrendSport.az xəbər verir ki, püşkdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub. Yarışın ilk günündə yığmamızın 4 boksçusu rinqə çıxacaq. 29 ölkənin qatıldığı çempionatın qaliblərinin adına isə dekabrın 17-də aydınlıq gələcək. U-17 Avropa çempionatı Almaniya, Keinbaum 10 dekabr 1/16 final Əli Abaslı (52 kiloqram) – Qabriel Cuffari (İtaliya) Haqverdi Həsənov (63 kiloqram) – Rostislav Horodinski (Ukrayna) 1/8 final Aysel Fərəcova (46 kiloqram) – Lili Bassett (İngiltərə) Əminə Tağı (50 kiloqram) – Dominika Vnukova (Slovakiya) 11 dekabr 1/8 final Qardaş Rəhimov (46 kiloqram) – Hasan Pehlivan Uçaq (Türkiyə) Əli Əliyev (48 kiloqram) – Noa Sançes (Fransa) Ayxan Həsənov (50 kiloqram) – Berat Akduman (Türkiyə) İbrahim Bədəlli (54 kiloqram) – Maykl Makdonaq (İrlandiya) Səma Abbasovaya (66 kiloqram) – Olişia Malijek (Polşa) Şükar Əliyev (75 kiloqram) – Valentin Zefi (Albaniya) İsmayıl Vəliyev (80 kiloqram) – Elvir-Aqustin Dinu (Rumıniya) Səfdər Məmmədzadə (+80 kiloqram) – Arian Leon Kostrika (Almaniya) 12 dekabr 1/8 final Zəhra Məmmədova (52 kiloqram) – Laura Dorko (Macarıstan) Gülər Hüseynova (48 kiloqram) – Oleksandra Mişçenko (Ukrayna) Fidan Bakarova (63 kiloqram) – Antonina Binieçka (Polşa) Raul Heydərli (57 kiloqram) – Kalib Valşe (İrlandiya) Şahin Aslanov (60 kiloqram) – Demid Kloçko (İsrail) Nurlan Süleymanov (66 kiloqram) – Baturalp Çevik (Türkiyə) Adil Zalov (70 kiloqram) – Hakan Arda İlgün (Türkiyə) 13 dekabr 1/4 final Cəmilə Muradlı (54 kiloqram) – Elena Mourolova (Çexiya)/Yevanyelina Petruk (Ukrayna) cütünün qalibi Geri qayıt |