Əsas Səhifə > Milli komandalar > Alpaqut üzrə dünya çempionatı keçirilib, Azərbaycan milli komandası fərqlənib

Alpaqut üzrə dünya çempionatı keçirilib, Azərbaycan milli komandası fərqlənib


Dünən, 20:47


Türkiyənin Bursa şəhərində 5-ci alpaqut üzrə dünya çempionatı keçirilib.

BrendSport.az
xəbər verir ki, Dünya Alpaqut Federasiyası və Türkiyə Alpaqut Nümayəndəliyinin təşkilatçılığı ilə Uludağ Universiteti İdman Elmləri Fakültəsində keçirilən yarış 19 ölkədən 450-dən çox idmançının iştirakı ilə gerçəkləşib.

Açılış mərasimində Dünya Alpaqut Federasiyasının prezidenti Emil Rəhimov, qurumun İdarə Heyətinin sədri və təsisçisi Kutsan Vasif Namazov, çempionatın texniki direktoru Yunus Arabacı və Türkiyə üzrə rəsmi nümayəndə Metin Karadeniz idmançılara uğurlar arzulayıblar.

Çempionatın yekun nəticələrinə görə, birinci yerə Türkiyə, ikinci pilləyə İraq, üçüncü sıraya isə Azərbaycan milli komandası layiq görülüb.

Ayça sistemi üzrə nəticələrdə Türkiyə birinci, İraq ikinci, Mərakeş üçüncü olub.

Batur sistemi üzrə Qazaxıstan birinci, Türkiyə ikinci, Azərbaycan isə üçüncü yeri tutub.

Caymaz sistemində Azərbaycan fəxri kürsünün ilk pilləsində yer alıb. İran ikinci, Rumıniya isə üçüncü sırada qərarlaşıb.

Gurşak üzrə İraq birinci, Gürcüstan ikinci, Türkiyə üçüncü olub.

Kaçhut sistemində isə Türkiyə birinci, Litva ikinci, İran üçüncü yerə layiq görülüb.






Geri qayıt