Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb


Bu gün, 18:20


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.

BrendSport.az
xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

Məhəmmədəli Aşurəliyev (60 kiloqram) 1/32 finalda Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə öz xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 11 boksçu ilə yollanıb.
Geri qayıt