Əsas Səhifə > Milli komandalar > Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında 2 kateqoriyada təmsil olunacaq

Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında 2 kateqoriyada təmsil olunacaq


Bu gün, 18:00


Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında 2 kateqoriyada təmsil olunacaq.

BrendSport.az
xəbər verir ki, İbrahim Əliyev, Zəhra Salmanlı və Nərmin İskəndərova turnirdə iştirak edəcəklər.

İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmə paralimpiyaçı Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında ilk dəfə dünyanın ən güclü parabadmintonçuları ilə mübarizə aparacaqlar.

Dünya çempionatı fevralın 7-dən 14-dək Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək.

Qeyd edək ki, İbrahim Əliyev ilə Zəhra Salmanlı bu ilin oktyabr ayında Türkiyədə keçirilən Avropa çempionatında gümüş medallar qazanaraq daha bir ilkə imza atıblar.
Geri qayıt