Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçuları Dünya Kubokunda mübarizə aparacaqlar

Azərbaycan boksçuları Dünya Kubokunda mübarizə aparacaqlar


Bu gün, 14:00


Dekabrın 3-də Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında boks üzrə Dünya Kuboku start götürəcək.

BrendSport.az
xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Dünya Kubokunda Yadigar Əliyev, Ramal Yolçiyev (hər ikisi 51 kiloqram), Mətin Məmmədov (57 kiloqram), Əli Miriyev (60 kiloqram), Ruslan Bayramov (63,5 kiloqram), Malik Həsənov (67 kiloqram), Novruzəli Quliyev və Rasim Çobanlı (hər ikisi 75 kiloqram) rinqə çıxacaqlar.

Yarışda ölkəmizi Anar Nağdıyev referi kimi təmsil edəcək.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkənin boksçuları güclərini yoxlayacaq.
Geri qayıt