Əsas Səhifə > Milli komandalar > Dünya çempionatında iştirak edəcək Azərbaycanın boks millisi ilə görüş olub

Dünya çempionatında iştirak edəcək Azərbaycanın boks millisi ilə görüş olub


Bu gün, 11:48


Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatı öncəsi kişilərdən ibarət milli komanda ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, ABF prezidentinin müşaviri Samir Hüseynov mundialın mahiyyətindən danışıb və boksçularımızın hər birindən yüksək nəticə gözlənildiyini vurğulayıb.

Komandanın durumu ilə maraqlanan və tövsiyələrini verən S.Hüseynov bu yarışla Azərbaycan çempionatının yekununa əsasən “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üçün komandanın formalaşacağını qeyd edib.

ABF-in baş katibi Nağı Səfərov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov boksçuları məsuliyyətlərini dərk etməyə çağırıb, onlara uğurlar arzulayıb.

Ardınca millinin baş məşqçisi Ravşan Xocayevin hesabatı dinlənilib. O, komandanın dünya çempionatına hazır olduğunu və boksçularının əhvali-ruhiyyəsinin yüksək olduğunu deyib.

Qeyd edək ki, dekabrın 3-13-də keçiriləcək dünya çempionatında Azərbaycan millisi 11 boksçu ilə təmsil olunacaq.


Geri qayıt