Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycanın bir boksçusu finala yüksəlib, digəri bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycanın bir boksçusu finala yüksəlib, digəri bürünc medal qazanıbBu gün, 22:07 |
![]() Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb. BrendSport.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yarışın son qalibi Luis Runini (İrlandiya) məğlub edib. Finala gedən yolda məğlub olan milli komandanın digər üzvü Tağı Nəsibov (60 kiloqram) isə yarışı bürünc medalla başa vurub. Bu gün, həmçinin Səbuhi Əlizadə (+90 kiloqram) yarımfinalda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək. Geri qayıt |