Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıbDünən, 18:09 |
![]() Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb. BrendSport.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Kukus” stadionunda keçirilən görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək. Geri qayıt |