Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb

Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb


Bu gün, 16:00


Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.

BrendSport.az
xəbər verir ki, yığma Dəkkə şəhərində “FIFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Komanda noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.

Turnir üçün millinin heyəti: Günay İsmayılova, Alina Nəhmədova, Aydan Həsənova, Vüsalə Seyfədinova, Firəngiz Teymurova, Çoşqunə Əliyeva, Röya Əliyeva, Mələk Mollayeva (hamısı “Neftçi”), Nigar Mirzəliyeva (“Zenit”), Mehriban Şahməmmədova, (“ALG Spor”, Türkiyə), Aytac Şərifova, Jalə Mahsimova, Vüsalə Hacıyeva, Sevinc Cəfərzadə (hamısı “Yüksekova”, Türkiyə), Kamilla Məmmədova (“Yelimay”, Qazaxıstan), Ayşən Əhmədova (“Amed Spor”, Türkiyə), Aysun Muradova (“Haymana Spor”, Türkiyə), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Yeliz Acar, Esra Manya (“Beşiktaş”, Türkiyə), Fidan Cəfərova (“Hakkarigücü”, Türkiyə), Peritan Bozdağ (“Fənərbağça”, Türkiyə), Kristina Bakarandze (“Liman”).
Geri qayıt