Əsas Səhifə > Milli komandalar > İslamiada: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
İslamiada: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıbBu gün, 14:23 |
![]() Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. BrendSport.az xəbər verir ki, sərbəst güləşdə İslam Bazarqanov (57 kiloqram), qadın güləşində Ruzanna Məmmədova (62 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar. Yarımfinalda uduzan Əli Rəhimzadə (65 kiloqram) və Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Daha əvvəl Azərbaycan güləşçilərindən Jalə Əliyeva (57 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) gümüş, Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal qazanıblar. Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq. Geri qayıt |