Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
Azərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıbDünən, 20:00 |
![]() Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. BrendSport.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Olimpiya çempionu Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq ikinci yeri tutub. Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada uduzub. Bu gün, həmçinin Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) 3-cü yer uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq. Geri qayıt |