Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi seçmə mərhələnin son oyununda Fransa ilə qarşılaşacaq
Azərbaycan millisi seçmə mərhələnin son oyununda Fransa ilə qarşılaşacaqBu gün, 13:33 |
![]() Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edəcək. Qeyd edək ki, 13 xalı olan Fransa millisi DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 1 xalla 4-cü pillədə qərarlaşıb. Geri qayıt |