Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin futbolçusu: Fransa ilə oyuna hazırıq
Azərbaycan millisinin futbolçusu: Fransa ilə oyuna hazırıqDünən, 19:54 |
![]() Fransa ilə oyuna hazırıq. BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib: “Çətin oyun olacaq. Kilian Mbappe zədə səbəbindən bizə qarşı oynamasa belə, rəqibin heyətində başqa keyfiyyətli futbolçular var. Azarkeşlərimiz bizi tək qoymayacaq. Onlara indidən təşəkkür edirəm”. Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq. Geri qayıt |