Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qadın voleybol millisi İslamiadanın gümüş medalını qazanıb
Azərbaycanın qadın voleybol millisi İslamiadanın gümüş medalını qazanıbDünən, 17:15 |
![]() Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. BrendSport.az xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma finalda güclü Türkiyə seçməsi ilə qarşılaşıb. Hər üç setdə rəqibinə uduzan komandamız gümüş medalla kifayətlənib. Qeyd edək ki, Azərbaycanın qadın voleybol millisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl, 2022-ci ildə Türkiyənin Konya şəhərinin ev sahibliyi etdiyi V İslamiadada isə bürünc mükafat qazanıb. Geri qayıt |