Əsas Səhifə > Milli komandalar > Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının finalında
Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının finalındaBu gün, 14:39 |
![]() Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. BrendSport.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qvineyalı rəqibi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə türkiyəli Eda Eltamurla qarşılaşacaq. Azərbaycanın digər karateçisi Nuran Rzazadə (67 kiloqram) isə 1/16 finalda Özbəkistan idmançısı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Geri qayıt |