Əsas Səhifə > Milli komandalar > Ağırlıqqaldırma millimiz İsmayıllıda toplaşdı -
Ağırlıqqaldırma millimiz İsmayıllıda toplaşdı -17-05-2018, 22:29 |
Kişi və qadın ağırlıqqaldıranlardan ibarət yığmamız təlim-məşq toplanışlarını davam etdirir. Hazırda milli üzvləri qarşıdakı yarışlara İsmayıllı Olimpiya-İdman Kompleksində hazırlaşırlar. Məkanın məhz buranın seçilməsində məqsəd idmançıların müxtəlif iqlim şəraitində yoxlanılması, dözümlülük və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsidir. Düşərgədəki durumu, oradakı ab-havanı görmək üçün AAAF TV komandası İsmayıllıya səfər edib, millinin məşqçi heyəti və idmançılarla söhbət etmək, məşq prosesini izləmək imkanı əldə edib. Baş məşqçi Asif Məmmədovun və onun köməkçilərinin rəhbərliyi altında çalışan komandamızda yüksək əhval-ruhiyyənin olması gözdən qaçmayıb. İlk olaraq qadınlardan ibarət yığma komandanın baş məşqçisi Təranə Abbasova danışıb. Onun sözlərinə görə, yığma üzvlərinin təlim-məşq toplanışı yüksək səviyyədə davam edir, xanım atletlərin gündəlik məşqləri, istirahəti, qidalanma və qalmaları üçün hər bir şərait yaradılıb. O, yeniyetmə ağır atletlərə inamının böyük olduğunu da dilə gətirərək, gələcək respublika və beynəlxalq əhəmiyyətli yarışlarda bu idmançılardan böyük nəticələr gözlədiyini də vurğulayıb. Yığmanın gənc üzvü Selcan Qarayeva AAAF TV-yə müsahibəsində məşqlərinin uğurlu keçdiyini və növbəti yarışlarda medal qazanma şansının yüksək olduğunu deyib. Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Asi Məmmədov isə müsahibə zamanı yaradılan şəraitə görə AAAF və GİN-ə minnətdarlığını bildirib. İdmançılardan Rüstəm Qasımov və Kənan Əliquliyev də məşqlərin gedişi, hazırlıq prosesi barədə fikirlərini deyib, yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Geri qayıt |