Əsas Səhifə > Milli komandalar > Azərbaycanın stronqmen yığması dünya çempionatında iki qızıl medal qazanıb

Azərbaycanın stronqmen yığması dünya çempionatında iki qızıl medal qazanıb


Dünən, 14:30


Azərbaycanın stronqmen millisinin üzvləri Macarıstanın Lokitelek şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, yarışda ölkəmizi üç idmançı təmsil edib. Yeniyetmələr arasında Tural Mirzəliyev (67,5 kiloqram) dünya çempionu tituluna sahib olub. O, həmçinin mütləq çempionluq uğrunda mübarizədə üçüncü yeri tutub.

Açıq yaş qrupunda çıxış edən Sadiq Musayev gümüş medala layiq görülüb.

Ağır çəkidə mübarizə aparan digər idmançımız Cəlil Əliyev isə açıq yaş qrupunda dünya çempionu adını qazanmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb.

Ümumilikdə Camal Əhmədzadənin baş məşqçisi olduğu millimiz bu yarışdan 2 qızıl, 1 gümüş və 1 kubok qazanmaqla yeni dünya rekordunu da əldə edib.
Geri qayıt