Əsas Səhifə > Milli komandalar > İslamiada: Azərbaycanın futzal millisi Liviya yığmasına qalib gəlib
İslamiada: Azərbaycanın futzal millisi Liviya yığmasına qalib gəlibDünən, 20:00 |
![]() Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib. BrendSport.az xəbər verir ki, Liviya yığması ilə matç komandamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib. Futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək. Geri qayıt |