| Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaqDünən, 11:25 | 
|  Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq. BrendSport.az xəbər verir ki, millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women's Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komanda noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq. Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək. Geri qayıt |