Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslamiadaya Bakıda hazırlaşır
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslamiadaya Bakıda hazırlaşırDünən, 17:00 |
![]() Qadın voleybolçulardan ibarət Azərbaycan millisi noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb. BrendSport.az xəbər verir ki, təlim-məşq toplanışı “Milli Aviasiya Akademiyası” klubunun idman zalında keçirilir. Yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Hazırlıq prosesinə baş məşqçi Faiq Qarayev rəhbərlik edir və ona məşqçilər Famil Ağayev, Ziya Rəcəbov, Emin Əbilov kömək edirlər. Komanda qarşıdakı günlərdə bir neçə yoxlama oyunu keçirəcək. Qeyd edək ki, Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri yaxın günlərdə açıqlanacaq. Geri qayıt |