Əsas Səhifə > Milli komandalar > Seçmə mərhələ: Azərbaycanın U-17 millisi Kosovo ilə qarşılaşacaq
Seçmə mərhələ: Azərbaycanın U-17 millisi Kosovo ilə qarşılaşacaqBu gün, 09:00 |
![]() 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. U-17 ilk matçında Uelsə 0:7 hesabı ilə məğlub olub. Geri qayıt |