Əsas Səhifə > Milli komandalar > Azərbaycanın sərbəst güləşçisi dünya çempionu olub
Azərbaycanın sərbəst güləşçisi dünya çempionu olubDünən, 23:42 |
![]() Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır. BrendSport.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb. Kənan Heybətov (70 kiloqram) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub. Xetaq Karsanov (125 kiloqram) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb. Geri qayıt |