Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qadın həndbolçulardan ibarət yığmasının İslamiadadakı rəqibləri müəyyənləşib
Azərbaycanın qadın həndbolçulardan ibarət yığmasının İslamiadadakı rəqibləri müəyyənləşibDünən, 14:37 |
![]() Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, yığmamız Qazaxıstan, Pakistan və Qətər seçmələri ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran, Qvineya və Maldiv adaları millisi yer alıb. İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək. Xatırladaq ki, qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl medal, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda isə gümüş medal qazanıb. Geri qayıt |