Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-17 millisi seçmə mərhələdə sonuncu oyununu keçirib
Azərbaycanın U-17 millisi seçmə mərhələdə sonuncu oyununu keçiribDünən, 19:00 |
![]() Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib. BrendSport.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Fransanın Kapbreton şəhərində yerləşən “Burye” stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub. Bu nəticədən sonra xalı olmayan Azərbaycan millisi qrupu sonuncu sırada başa vurub. Geri qayıt |