Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-17 yığması seçmə mərhələdə ikinci oyununa çıxacaq
Azərbaycanın U-17 yığması seçmə mərhələdə ikinci oyununa çıxacaq11-10-2025, 11:09 |
![]() 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək. Geri qayıt |