Əsas Səhifə > Milli komandalar > Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvü dünya çempionatında bürünc medal qazanıb
Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvü dünya çempionatında bürünc medal qazanıb10-10-2025, 15:30 |
![]() Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvü Rəsul Zəkiyev (88 kiloqram) Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında uğurla çıxış edib. BrendSport.az xəbər verir ki, 19 yaşlı paralimpiyaçı üç hərəkətin cəmində 343 kiloqram nəticə göstərərək bürünc medal əldə edib. Azərbaycan millisini yarışda, həmçinin Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (59 kiloqram), İlhamiz Kərimov (107 kiloqram), Zəhra Dadaşova (61 kiloqram) və Leyla Kərimova (79 kiloqram) təmsil edirlər. Geri qayıt |