Əsas Səhifə > Milli komandalar > Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib
Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib10-10-2025, 17:30 |
![]() Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünün start tarixi dəqiqləşib. BrendSport.az xəbər verir ki, qadınların yarışına oktyabrın 14-də “Gəncə” – “Azərreyl” oyunu ilə start veriləcək. Qarşılaşma Gəncə İdman Sarayında təşkil olunacaq. Turun digər oyunları isə oktyabrın 15-də baş tutacaq. Həmin gün AVF-nin İdman zalında “DH Volley” – “Abşeron”, UNEC-in İdman zalında isə UNEC – “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək. Birinci turun “Gənclər” – “Murov Az Terminal” oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək. Kişilərin Yüksək Liqasında I tur oktyabrın 16-da başlanacaq. FHN-in İdman zalında “Neftçi” – “Ordu”, “Murov Az Terminal” klubunun İdman zalında isə “Murov Az Terminal” – “Azərreyl” komandaları qarşılaşacaq. Turun “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt barədə daha sonra məlumat veriləcək. Qeyd edək ki, qadınların yarışında 9 komanda - “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “DH Volley”, “Turan” və “Gənclər” mübarizə aparacaq. Kişilərin Yüksək Liqasında isə 6 komanda çıxış edəcək - “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər”. Reqlamentə əsasən, qadınların yarışında hər tur bir komanda istirahət edəcək. İlk turda “Turan” klubu oynamayacaq. Geri qayıt |