Əsas Səhifə > Milli komandalar > Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Çexiya yığması ilə qarşılaşıb
Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Çexiya yığması ilə qarşılaşıb10-10-2025, 22:36 |
![]() 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb. BrendSport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək. Geri qayıt |