Əsas Səhifə > Milli komandalar > III MDB Oyunları: Şpaqa üzrə Azərbaycan millisi finala yüksəlib

III MDB Oyunları: Şpaqa üzrə Azərbaycan millisi finala yüksəlib


7-10-2025, 13:26


III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.

BrendSport.az
xəbər verir ki, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycanın şpaqa üzrə oğlanlardan ibarət millisi yarımfinalda Özbəkistanla qarşılaşıb.

Rəqibini 42:37 hesabı ilə üstələyən millimiz həlledici görüşə vəsiqə qazanıb.

Milli komandamız finalda Rusiya ilə qarşılaşacaq.
Geri qayıt