Əsas Səhifə > Milli komandalar > MDB Oyunları: Futbol üzrə Azərbaycan millisi gümüş medal qazanıb
MDB Oyunları: Futbol üzrə Azərbaycan millisi gümüş medal qazanıb4-10-2025, 15:57 |
![]() Rusiyanın 16 yaşadək futbolçulardan millisi III MDB Oyunlarının qalibi olub. BrendSport.az xəbər verir ki, Valentin Qavvanın baş məşqçisi olduğu yığma finalda Azərbaycan millisi ilə qarşılaşıb. Görüş Rusiyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin qollarını 46 və 67-ci dəqiqələrdə Əli Bəşirov vurub. Rusiya seçməsinin heyətində isə 73-cü dəqiqədə Klim Denisov, bir dəqiqə sonra İvan Kuzmin, 76-cı dəqiqədə isə Ratmir Lukianov fərqləniblər. Bu nəticədən sonra Rusiya turnirin qızıl, Azərbaycan isə gümüş medallarına sahib çıxıb. ![]() ![]() ![]()
Geri qayıt |