Əsas Səhifə > Milli komandalar > Futbol üzrə Belarus millisi III MDB Oyunlarının bürünc mükafatçısı olub
Futbol üzrə Belarus millisi III MDB Oyunlarının bürünc mükafatçısı olub3-10-2025, 17:30 |
![]() Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının futbol yarışlarında bürünc medal uğrunda oyun keçirilib. BrendSport.az xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Belarus millisi Tacikistana 2 cavabsız qolla qalib gəlib. Bu nəticədən sonra Belarus yığması turniri 3-cü, Tacikistan isə 4-cü pillədə tamamlayıb. Günün ilk matçında Özbəkistan Qırğızıstana 2:0 hesabı ilə qalib gələrək 5-ci olub. Qeyd edək ki, final matçı oktyabrın 4-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək. Geri qayıt |