Əsas Səhifə > Milli komandalar > MDB Oyunları: Azərbaycanın 8 qılıncoynadanı ilk gündə çıxış edib
MDB Oyunları: Azərbaycanın 8 qılıncoynadanı ilk gündə çıxış edibDünən, 15:04 |
![]() Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında qılıncoynatma yarışlarında birinci gün davam edir. BrendSport.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışlarda Azərbaycanın 8 təmsilçisi qrup mərhələsindən mübarizəyə qoşulub. Bütün idmançılar qrupdan çıxsalar da, medalçılar sırasında yer almayıblar. Onlardan Əli İsmayılov, Nəcəf Şabanlı, Ayxan İslamzadə, Abdulmalik Nəsibzadə, Nail Məmmədli 1/16-də, Rəsul Əliyev, Timur Hüsnəddinov 1/8-də, Abbas Səmədli isə 1/4 finalda məğlub olublar. Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. ![]() ![]() Geri qayıt |