Əsas Səhifə > Milli komandalar > Azərbaycanın taekvondo millisi III MDB Oyunlarını 22 medalla başa vurub
Azərbaycanın taekvondo millisi III MDB Oyunlarını 22 medalla başa vurub30-09-2025, 18:30 |
![]() Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışları başa çatıb. BrendSport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ikinci günündə Azərbaycanın 11 təmsilçisi fəxri kürsüyə yüksəlib. Bunlardan Vasif Səlimov (68 kiloqram) qızıl, Nigar Abdullayeva, Leyla Bəşirova ( hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə ( hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri ( hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli ( hər ikisi 58 kiloqram ), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıblar. Ötən gün isə Azərbaycan taekvondoçuları 3 qızıl, 2 gümüş və 6 bürünc əldə ediblər. Beləliklə, Azərbaycanın taekvondo komandası III MDB Oyunlarını 22 medalla başa vurub. Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. ![]() Geri qayıt |