Əsas Səhifə > Milli komandalar > Azərbaycan üzgüçüsü MDB Oyunlarında gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü MDB Oyunlarında gümüş medal qazanıb


29-09-2025, 11:40


Azərbaycan üzgüçüsü Oktay Hüseynov Azərbaycanın ev sahibliyi III MDB Oyunlarında gümüş medal qazanıb.

BrendSport.az
xəbər verir ki, idmançı 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında 2:09.55 nəticə ilə ikinci olub.

Bu kateqoriyada çıxış edən digər üzgüçümüz Fərhad Məmmədli isə finişə beşinci çatıb.

Qeyd edək ki, üzgüçülük yarışları Gəncə İdman Sarayında keçirilir.
Geri qayıt