Əsas Səhifə > Milli komandalar > Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarına inamlı qələbə ilə başlayıb
Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarına inamlı qələbə ilə başlayıb28-09-2025, 13:00 |
![]() Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına start verilib. BrendSport.az xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları üz-üzə gəliblər. Oyuna başlamazdan əvvəl Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib. Qarşılaşma Azərbaycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər qarşılaşması isə Özbəkistan və Qazaxıstan komandaları arasında olacaq. Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq. ![]() ![]() Geri qayıt |