Əsas Səhifə > Milli komandalar > Qızıl medal qazanan stolüstü tennisçi: III MDB Oyunlarında əldə etdiyimiz qələbə çox dəyərlidir
Qızıl medal qazanan stolüstü tennisçi: III MDB Oyunlarında əldə etdiyimiz qələbə çox dəyərlidir27-09-2025, 14:10 |
![]() Bu qələbə mənim üçün sözlə ifadə olunmayacaq qədər dəyərlidir. BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanan Rusiyanın stolüstü tennis üzrə qadınlardan ibarət komandasının üzvü Zlata Terekhova deyib. O, Azərbaycan yığması ilə final oyununun çətin keçdiyini bildirib: “Həyəcan və gərginlik var idi. Lakin inamla mübarizə apardıq. Qızıl medal yalnız mənim deyil, həm də bütün komandamın, ailəmin və məni dəstəkləyən insanların zəhmətlərinin nəticəsidir”. Qeyd edək ki, Rusiya yığmasına 0:2 hesabı ilə uduzan Azərbaycan komandası turnirin gümüş medallarına sahib çıxıb. Geri qayıt |