Əsas Səhifə > Milli komandalar > Türkiyənin voleybol millisi dünya çempionatında mübarizəni dayandırıb

Türkiyənin voleybol millisi dünya çempionatında mübarizəni dayandırıb


24-09-2025, 18:54


Kişi voleybolçulardan ibarət Türkiyə millisi Filippində keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

BrendSport.az
xəbər verir ki, komanda 1/4 finalda Polşa ilə qarşılaşıb.

Rəqibinə 0:3 (15:25, 22:25 və 19:25) hesabı ilə uduzan “ay-ulduzlular” mundialla vidalaşıb. Yarımfinala vəsiqə qazanan Polşa seçməsi isə İtaliyaya rəqib olub.

Türkiyə yığması qrup mərhələsində Yaponiyanı (3:0), Liviyanı (3:1) və Kanadanı (3:0), 1/8 finalda isə Niderlandı (3:1) üstələyərək tarixində ilk dəfə 1/4 finala yüksəlmişdi.
Geri qayıt