Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-15 millisi Monteneqro yığması ilə heç-heçə edib

Azərbaycanın U-15 millisi Monteneqro yığması ilə heç-heçə edib


16-09-2025, 21:03


15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, yığma Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.
Geri qayıt